ArtsaxBaşlıca

Artsaxın dövlət naziri Ermənistan Turizm Federasiyasının nümayəndə heyəti ilə turizmin inkişafı məsələlərini müzakirə edib

Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan iyulun 13-də Ermənistan Turizm Federasiyasının prezidenti Mexak Apresyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Artsaxda turizm sektorunun davamlı inkişafı və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Artak Beqlaryan iştirakçıların Artsaxa səfərini alqışlayıb, xüsusilə müharibədən sonra Artsaxa səfərlərin təşviqinə ehtiyac olduğunu qeyd edib.

“Müharibə nəticəsində turizm yerlərinin coğrafiyası məhdudlaşsa və müəyyən təhlükəsizlik məsələləri yaransa da, Artsax zəngin tarixi-mədəni irsi, təbiət abidələri və müxtəlif fəaliyyətləri ilə cəlbedici turizm məkanı olaraq qalır. Bu şəraitdə xüsusilə ermənilərin Artsaxa səfərləri bizim üçün təkcə sosial-iqtisadi deyil, həm də mədəni, milli birlik, siyasi əhəmiyyət kəsb edir. O baxımdan, hökumət zərurətə uyğun olaraq dövlət siyasətində düzəlişlər edərək, sahənin bütün aktyorları ilə mümkün qədər əməkdaşlığa hazırdır” – deyə dövlət naziri bildirib.

M. Apresyan Artsaxda turizm sahəsinin bərpası və inkişafı üçün maksimum səy göstərməyə hazır olduqlarını vurğulayıb.

Turizm sahəsində dövlət orqanları ilə özəl sektorun əməkdaşlığının dərinləşdirilməsi, Artsaxın turistik cazibəsini təmsil edən məlumatların ictimaiyyət arasında yayılması, eləcə də dövlət sektoru siyasətinin təkmilləşdirilməsi üzərində işləmək barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button