
Baş nazir Nikol Paşinyan AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.
Baş nazir Avropa Birliyi Şurasının sədri Şarl Mişelin regionda qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.
Görüşdə Cənubi Qafqaz regionunda gedən proseslər, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, sülhün və sabitliyin təmin olunmasına yönəlmiş addımlara toxunulub.
Xüsusilə, Rusiya Federasiyası Prezidentinin və Avropa Şurası sədrinin Brüsseldə vasitəçiliyi ilə Soçidə keçirilmiş üçtərəfli görüşlərin nəticələri və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəniyyət irsinin qorunmasına beynəlxalq ictimaiyyətin ardıcıl diqqəti, xüsusilə də YUNESKO missiyasının və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağ münaqişəsi zonasına bir sıra erməni abidələrinin məhv edilməsi istiqamətində artıq atılan addımları nəzərə alaraq çıxışının təmin edilməsi prosessi vurğulanıb.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də istinad edilib.