BaşlıcaSiyasət

Türkoloq: “Təşəbbüskarı Türkiyə olan Ermənistan-Türkiyə danışıqlar prosesinin ikinci mərhələsi başlayıb”

Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün vaxt qazanmaq istədiyi üçün ciddi addımlar atmır. Türkoloq Ruben Safrastyan buhaqda  jurnalistə açıqlamasında Paşinyan-Erdoğan telefon danışığına istinadən deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfi hələ başlamamış Ermənistan-Azərbaycan danışıqlarında Ermənistan tərəfinə təzyiq göstərmək və güzəştə getmək üçün qəsdən bunu edir.

“Erməni-türk danışıqlar prosesinin ikinci mərhələsi başlayıb, onun təşəbbüskarı Türkiyədir. Mən bu mərhələni kiçik addımlar mərhələsi adlandırardım.

Türkiyə isə danışıqlar prosesində dinamikanın olduğunu göstərməlidir. Erdoğan və Paşinyan  arasında telefon danışığı ikinci mərhələnin təzahürlərindən biridir.

Bəs Türkiyə tərəfi nədən o mühüm addma getmir, yəni diplomatik münasibətlərin və sərhəd rejiminin qurulması  addmn atmır?

Məncə, bu, məqsədyönlü şəkildə edilir.Türkiyə vaxt udmağa çalışır, Türkiyə tərəfi Ermənistana təzyiq göstərmək üçün mümkün olan vaxtdan istifadə edəcəkdir” – deyə o bildirib.

Türkkoloqunqənaətincə, indiki mərhələdə Paşinyan-Erdoğan görüşü mümkün deyil. İndiki  prosesslər Türkiyəyə əlverişlidir.

“Rubinyan-Kilç görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin mümkünlüyünü istisna etmirəm, çünki onlar konkretqeyri-adi əhəmiyyət kəsb etmir.

Texniki baxımdan bu, uzun zaman tələb edəcək.

Burada Türkiyə tərəfinin istəyi də vacibdir. Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, gərək  deyim ki, bu, əsasən Azərbaycan üçün edilir, bir Allah bilir, o vətəndaşlar arasında kimlər və hansı xidmət nümayəndələri olacaq” – deyərək Safrastyan  qeyd edib.

Daha çox göstər
Back to top button