BaşlıcaSiyasət

VOA: “Vaşinqton Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyir”

“Amerikanın səsi”nin  erməni və türk liderləri arasında telefon danışığı və iki ölkə arasında davam edən dialoqla bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət departamenti “Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına” tərəfdar olduğunu bildirib.

 Bu haqda ABŞ Dövlət departamentinin mətbuat xidməti məlumatlandrb. “Birləşmiş Ştatlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını qətiyyətlə dəstəkləyir və bu, bütün region üzərinə  müsbət təsir göstərəcəkdir.

Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirləri cilovlamaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa gətirib çıxarmaq potensialına malikdir.

Bu, Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir.ABŞ bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə dəstəkləməyə hazırdır” – deyərək ABŞ Dövlət departamentinin bəyanatında bildirilib.

Daha çox göstər
Back to top button