ABŞ Konqresinin nümayəndələr palatası Azərbaycanda hərbi cinayətlərə dair hesabatın təqdim edilməsi üçün düzəlişi qəbul edib

ABŞ Konqresinin Nümayəndələr palatası 2023-cü maliyyə ili üçün Milli Təhlükəsizliyə Ayrılmalar aktına Azərbaycanın hərbi cinayətləri ilə bağlı hesabat tələb edən 121 saylı düzəlişi qəbul edib. Bu barədə ABŞ-ın Ermənistan nümayəndə heyəti məlumat yayıb.
Əlavənin müəllifləri konqresmenlər Toni Kardenas və Bred Şermandır.
121 saylı düzəliş xüsusi olaraq Dövlət Departamentindən və Müdafiə departamentindən Azərbaycanın 2020-ci ildə Ermənistan və Artsaxa qarşı istifadə etdiyi türk pilotsuz təyyarələrinin Amerika istehsalı olan avadanlıqlardan istifadə edib-etmədiyi barədə hesabat təqdim etməyi tələb edir.
Bundan əlavə, hesabatda Azərbaycanın Artsaxa qarşı ağ fosfor, kaset bombaları və digər qadağan olunmuş silahlardan istifadə etməsi, Türkiyə və Azərbaycan tərəfindən xarici terrorçu muzdluların müharibəyə cəlb edilməsi barədə məlumatlar təqdim edilməlidir.
İyulun 14-də “Milli Təhlükəsizlik ayrılmaları haqqında” qanuna təqdim edilən digər ermənipərəst düzəlişlər müzakirə olunacaq.