ABŞ Nümayəndələr Palatası 2023-cü il üçün “Milli müdafiə səlahiyyətləri haqqında” qanuna bir sıra düzəlişlər edilib, onlardan dördü erməni təşkilatları tərəfindən fəal şəkildə dəstəklənib. Bu dəyişikliklərlə ABŞ konqresmenləri Azərbaycanın hərbi cinayətlərinin araşdırılmasını tələb edir və Azərbaycanı erməni hərbi əsirləri dərhal azad etməyə çağırırlar. Bundan başqa, konqresmenlər ABŞ-ın Azərbaycana hərbi yardımının sülhə təsiri haqqında hesabat hazırlamağa və F-16 qırıcılarının və onların təkmilləşdirilmiş avadanlıqlarının Türkiyəyə satışını məhdudlaşdırmağa çağırıblar.
Konqresin Erməni Qrupunun həmsədri Ceki Spirin təqdim etdiyi qanun layihəsi, Müdafiə Nazirinə Dövlət Katibi ilə razılaşdırılaraq Azadlığa Dəstək Aktının 907 saylı qətnaməsinin ləğvi ilə bağlı təfərrüatları təqdim etməyi tapşırır. Bundan əlavə, hesabatda Amerikanın Azərbaycan hökumətinə verdiyi dəstəyin Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması istiqamətində səylərə xələl gətirib-gətirməməsi barədə məlumatlar olmalıdır.
Konqresmen Adam Şifin təqdim etdiyi qənun layihəsində iddia olunur ki, Azərbaycan hökuməti bütün erməni hərbi əsirləri və mülki şəxsləri dərhal geri qaytarmalıdır.
ABŞ tərəfindən Azərbaycana göstərdiyi yardıma dair qanunvericiliyə düzəliş konqresmenlər Toni Kardenas və Bred Şerman tərəfindən təqdim edilib. Qanun layihəsi Dövlət Departamentindən və Müdafiə Nazirliyindən Azərbaycanın Artsaxa qarşı müharibə zamanı istifadə etdiyi Türkiyəyə məxsus olan pilotsuz uçuş aparatlarında ABŞ-ın ehtiyat hissələrinin istifadəsi ilə bağlı hesabat hazırlamağı tələb edir.
Azərbaycan tərəfindən istifadə olunan ağ fosfor, kaset bombaları və digər qadağan olunmuş silahlardan istifadə olunması faktları, 2020-ci il müharibədə Türkiyə və Azərbaycan tərəfindən əcnəbi terrorçu döyüşçülərin cəlb edilməsi məsələlərinə də toxunulması tələb olunur.
Nümayəndələr Palatası F-16 qırıcılarının satışının məhdudlaşdırılması ilə bağlı Konqresin Erməni komitəsinin həmsədri Frenk Palon, konqresmenlər Kris Pappas və Gas Bilirakisin təklif etdiyi qanunvericiliyə düzəlişi də qəbul etdi. Bununla F-16 qırıcılarının və modernizasiya avadanlıqlarının Türkiyəyə satışını və ya ötürülməsini məhdudlaşdırır.