Başlıcaİctimaiyyət

Azərbaycan KİV-ləri: Gömrükçülər arasında “gizli” həbslər davam edir

Azərbaycanda hüquq-mühafizə orqanları növbəti dəfə gömrüyün yüksək vəzifəli əməkdaşını həbs ediblər. Turan hökumətyönlü KİV-in məlumatına istinadla yazır ki, bu, Baş Əməliyyat və İstintaq İdarəsinin rəisi, general Məsum Rəsulovdur.

Qeyd olunur ki, rəsmi qurumlar bu barədə məlumat dərc etmir və şərh vermirlər. Bu məlumatların səhihliyini prokurorluqda, Dövlət Təhlükəsizliyi Xidmətində, eləcə də Gömrük Komitəsinin özündə aydınlaşdırmaq mümkün olmayıb.

Məmurun tutduğu vəzifəni nəzərə alaraq, belə məxfiliyi izah etmək çətindir. Eyni zamanda, hüquq-mühafizə orqanları bələdiyyələrin, rayon xəstəxanalarının və ya Mənzil-İstismar idarələrinin işçiləri həbs edildikdə ətraflı məlumat verməyə xəsislik etmirlər. Bununla yanaşı, bütün bunlar korrupsiyaya qarşı uğurlu mübarizənin parlaq sübutu kimi təqdim edilir.

Gömrük Komitəsinə gəlincə, son zamanlar bu qurum açıq-aydın uğursuzluğa uğrayıb. Belə ki, ötən gün Cənub ərazi idarəsinin rəis müavini Əli Cahangirli intihar edib.

İyun-iyul aylarında “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və yol vergisi şöbəsinin rəis müavini Şükür Səfərov həbs olunublar.

Vurğulanır ki, hüquq-mühafizə orqanları həmin şəxslərin hansı cinayətləri törətdiklərini izah etməyiblər.

Daha çox göstər
Back to top button