BaşlıcaTəhlil

Azərbaycanın müvafiq qurumları silahlı qüvvələrdə itkilər barədə məlumat verir

Azərbaycan silahlı qüvvələrinin əskərləri arasında bir neçə dəfə insident baş verib. Yerli media bir əsgərin intihar etdiyini yazır.

Baş Prokurorluq xəbər verir ki, iyulun 13-də saat 23:00 radələrində Azərbaycan ordusunun əsgəri, sıravi Ruslan Şərif oğlu Manafzadə avtomatdan açılan atəş nəticəsində həlak olub.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Azərbaycan Müdafiə nazirliyi bildirir ki, Mingəçevir su anbarında Azərbaycan ordusunun çavuşu batıb. Hərbçinin Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğulan çavuş Bayramov Namizəd İsrail oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox göstər
Back to top button