ArtsaxBaşlıcaSiyasət

Fransa Minsk Qrupunun roluna sadiqdir։ Fransa səfiri

Fransanın Ermənistandakı səfirliyində Fransanın Milli Günü münasibətilə təşkil olunan tədbirdə səfir Ann Luyo Fransanın regional proseslərdə rolu və məqsədlərindən danışıb. Səfir qeyd etdi ki, Fransa Milli Günü fransızlar və ermənilər arasındakı qardaşlıq əlaqələrini və ümumi öhdəliklərimizi xatırlamaq üçün daha bir fürsətdir.

“Fransa regionda sabit sülhün bərqərar olunmasını dəstəkləyir, bu da regionun bütün sakinlərinin, o cümlədən Dağlıq Qarabağ ermənilərinin təhlükəsiz yaşamaq hüququnu təmin edəcək. Bu kontekstdə Fransa, eləcə də ABŞ Minsk Qrupunun həmsədrləri kimi öz rollarına tam sadiqdirlər. Təbii ki, Fransa Avropa İttifaqının bu istiqamətdə göstərdiyi fəal səyləri dəstəkləyir”,- səfir qeyd etdi.

Daha çox göstər
Back to top button