
ABŞ dövlət katibi Entoni Blinken öz Twitter səhifəsində Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşünə istinad edib.
“Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə görüşüb və müsbət addım atıblar. Birbaşa dialoq Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”- deyərək o, yazıb.
İyulun 16-da Gürcüstanın Xarici işlər naziri İlya Darçiaşvilinin ev sahibliyi ilə Tbilisidə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Görüş zamanı Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Tərəflər bununla bağlı əvvəllər üzərlərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıblar.