BaşlıcaSiyasət

Erməni tərəfi münaqişənin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk qrupunun roluna əhəmiyyət verməkdə davam edir

İyulun 17-də Amerika tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Kern Donfrid arasında telefon danışığı olub.

Ararat Mirzoyan və Kern Donfrid regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Ararat Mirzoyan Kern Donfridə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib. Regional nəqliyyat infrastrukturlarının və iqtisadi əlaqələrin bolakadadan çıxarılması prosesinə, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının işinə toxunulub.

İyulun 16-da Gürcüstan tərəfinin ev sahibliyi ilə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

Ararat Mirzoyan vurğulayıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrliyinin və həmsədr ölkələrin rolunu vurğulamaqda davam edir.

Daha çox göstər
Back to top button