BaşlıcaSiyasət

Gürcüstan vasitəçi, yoxsa platformamı?:  Tbilisidə Azərbaycan və Ermənistan Xİ nazirləri görüşüb

Bu gün Tbilisidə Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri ilk dəfə görüşüblər. Ararat Mirzoyan və Ceyhun Bayramov Gürcüstanın Xarici işlər naziri İlya Darçiaşvilinin iştirakı ilə görüşüb.

Sonuncu Gürcüstanın vasitəçilik təşəbbüsünün uğurla həyata keçirildiyini, iki ölkə liderləri ilə aparılan danışıqlar prosesinin artıq vasitəçi ölkə kimi Gürcüstanın səyləri ilə konkret və nəzərəçarpacaq nəticələr verdiyini vurğulayıb.

İyulun 17-də səhər Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın Xarici işlər naziri Ceyun Bayramovla demək olar ki, eyni vaxtda Tbilisiyə gəlib.

 İki ölkənin nazirlərini əvvəlcə Gürcüstanın rəsmi şəxsləri: Baş nazir İrakli Qaribaşvili və Xarici işlər naziri İliya Darçiaşvili qəbul ediblər.

İlk dəfə Gürcüstanda Ermənistan və Azərbaycan rəsmiləri ikitərəfli görüş keçirib ki, o hələ müharibə zamanında Yerevan və Bakını Tbilisidə görüşməyə, dialoqa və hətta müharibə dövründə də münaqişəyə son qoymağa çağırıbdır.

Gürcüstanda hakimiyyətin Ermənistan-Azərbaycan dialoqu ilə bağlı fəaliyyəti həm yerli müxalifət, həm də siyasi cəmiyyət tərəfindən ümumən müsbət qarşılansa da, müxtəlif cür şərh olunur. Beləliklə, Tbilisi Ermənistan-Azərbaycan dialoqu üçün platformaya çevrilirmi?

Bəzi ekspert dairələri iddia edir ki, Tbilisi vasitəçi ola bilməz, o, yalnız yer təmin edə, rahat mühit yarada, çay-kofe təqdim edə, sakit söhbətə qapını bağlaya bilər.

“Gürcüstan-Avropa İnstitutu”nun rəhbəri Giorgi Melaşvili hesab edir ki, bu, Tbilisidə keçirilən Brüssel görüşünün məntiqi davamıdır, Qərbin Qafqazda, xüsusən də nizamlanmada fəallaşmağa çalışdığını göstərir.

“Avropaya can atan, münaqişənin hər iki tərəfi ilə yaxşı münasibətləri olan Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi ola bilər, amma Qərblə birlikdə”.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Giorgi Tumasyan isə qeyd edir: “Gürcüstan hakimiyyətinin rus oliqarxının oyuncaqları olduğunu nəzərə alsaq, görüşü Tbilisidə keçirmək əvəzinə, Moskvada baş tutmuş hesab etmək olar, bu, diqqəti yayındırır”.

O qeyd edir ki, Baş nazir Qaribaşvili daxili və ya beynəlxalq çəkisi olmadığı üçün belə görüşlərə rəhbərlik edə bilməz, Gürcüstan Azərbaycan və Türkiyə ilə iqtisadi, enerji və hərbi layihələrdə iştirak etdiyi danışıqlar üçün neytral ərazi ola bilməz.

“Ermənistan tərəfi bu cür görüşlərdə maraqlı olmamalıdır. Yalnız Minsk Qrupunun həmsədrliyi çərçivəsində rəsmi format erməni tərəfi üçün sərfəlidir.

Belə olan halda əslində baş verən odur ki, Rusiya Minsk Qruupunun  həmsədrliyini tərk edir, görüşün əsas yerini dəyişməyə qadirdir.Bu format Ermənistanın maraqlarına uyğun deyil”.

Münaqişə üzrə gürcü  ekspert Giorgi Kanaşvili əlavə edir ki, bu, sadəcə olaraq simvolik görüş platformasıdır və bu, bütün region ölkələri üçün müsbət haldır, lakin Gürcüstan mühüm rol oynaya bilməz.

“Gürcüstan həqiqətən də müharibə edən qonşular arasında uzun müddətdir davam edən münaqişənin nəhayət həllində müsbət rol oynamaq istəyir. Tbilisi bu proseslərdə dəstəkləyici rol oynamağa qadirdir, amma realist olaq, onun tərəflərə təsir etmək və ya məcbur etmək üçün ciddi resursları yoxdur. Əliyevlə Paşinyan arasında dialoq üçün Gürcüstan ancaq platforma, gürcü rəsmiləri vasitəçi ola bilər”.

44 günlük müharibə günlərində bir qrup gürcü ekspert Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə Tbilisidə görüşün keçirilməsi təşəbbüsü ilə ölkənin Baş nazirinə müraciət edib.

 Gürcüstan hakimiyyəti dəfələrlə vasitəçilik etməyə və dialoq üçün platforma yaratmağa hazır olduqlarını vurğulayıb.

Bu gün rəsmi Tbilisi Gürcüstanın vasitəçilik təşəbbüsünün uğurla həyata keçirildiyini elan edir.

“Bu gün Gürcüstanda xüsusi bir gündür. Tbilisi iki qonşu ölkə arasında başlanmış çox mühüm dialoqa ev sahibliyi edir, biz birgə səylərlə regionumuzun sülh və təhlükəsizliyini təmin etməyə çalışacağıq”- deyə Gürcüstanın Xarici işlər naziri Tbilisidə erməni və azərbaycanlı tərəfdaşların görüşünü alqışlayıb.

Daha çox göstər
Back to top button