
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün Twitter mikrobloqunda AB-nin Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin görüşünün keçirilməsi ilə bağlı ikitərəfli qərarı dəstəklədiyini bildirib.
“Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Xarici işlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Mustafayevlə əla görüşlər oldu.
Sülh prosesi vəziyyətini qiymətləndirdim.
Mən həmçinin AB-nin Ermənistan və Azərbaycanın Xarici işlər nazirlərinin Gürcüstanda görüşünün keçirilməsi ilə bağlı ikitərəfli qərarına dəstəyini ifadə etdim” – deyərək o, yazıb.