
İyulun 16-da Gürcüstanın Xİ naziri İlya Darçiaşvilinin ev sahibliyi ilə Tbilisidə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Görüş zamanı Ararat Mirzoyan və Ceyhun Bayramov Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Tərəflər bununla bağlı əvvəllər üzərlərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi prosesini müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin regionda sabit və davamlı sülhün əldə edilməsi yolunda mühüm əhəmiyyət kəsb etdiyi barədə erməni tərəfinin nöqteyi-nəzərini bir daha təsdiqləyib və bu kontekstdə ATƏT-in Minsk Qrupunun əməkdaşlıq imkanlarından istifadənin vacibliyini vurğulayıb.
Ermənistan Respublikasının Xarici işlər naziri humanitar məsələlərin həllinin, o cümlədən erməni hərbi əsirlərin azad edilməsi və repatriasiyası və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Tərəflərin təmasları davam etdirmək istəyi qeydə alınıb.