BaşlıcaSiyasət

Mirzoyandan sonra ABŞ dövlət katibinin köməkçisi Ceyhun Bayramovla telefon danışığı aparıb

ER-nin xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığından sonra Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər, cari regional proseslər ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.

“Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən kommynikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması üzrə Azərbaycanın məlum mövqeyini və bu istiqamətlərdə Azərbaycan tərəfindən atılan addımları qarşı tərəfin diqqətinə çatdırıb”- deyə məlumatda qeyd olunub.

Donfrid öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi şəhərində baş tutan ilk birbaşa görüşünü yüksək qiymətləndirib və birbaşa təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vurğulanıb ki, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Daha çox göstər
Back to top button