ArtsaxBaşlıcaSiyasət

Armen Qriqoryan Müdafiə Ordusunda hərbi xidməti barədə

Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”-ə müsahibəsində qeyd etdi ki, müharibə zamanı ER Silahlı Qüvvələrinin bir çox bölmələri Arstax Respublikasının Müdafiə Ordusunu dəstəkləyiblər.

“Atəşkəs rejiminin təmin edilməsindən və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə məntiqlidir”, – o qeyd edib.

Bu vəziyyətdə Artsaxən müdafiəsiz qalıb-qalmamasına dair sualına cavab olaraq Armen Qriqoryan qeyd etdi ki, bu vəziyyətdə Artsax müdafiəsiz qalmayacaq, çünki əvvəllərdə də Artsaxın təhlükəsizliyinin təmin edilməsi funksiyasını Artsaxın Müdafiə Ordusu həyata keçirdi.

“Bu baxımdan heç nə dəyişmir. Lakin qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır”,- o vurğuladı.

Bu kontekstdə Parux hadisələrinə toxunan Qriqoryan qeyd etdi ki, Rusiya Federasiyası bizi əmin etdi ki, işğalçı Azərbaycan qüvvələri oradan geri çəkilməlidir.

“Ümid edirik ki, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına qanunsuz daxil olunan Azərbaycan bölmələrinin çıxarılmasını təmin edəcəklər. Rusiya sülhməramlı qüvvələrinin mövcudluğu özlüyündə sübut edir ki, Rusiya Federasiyası Dağlıq Qarabağ əhalisi üçün real ontoloji təhlükənin mövcudluğunu qəbul edir. Dağlıq Qarabağda ermənilərin təhlükəsizliyinin təmin edilməsində sülhməramlı qüvvələrinin əsas əhəmiyyəti var”,- deyə Armen Qriqoryan qeyd etdi.

Daha çox göstər
Back to top button