BaşlıcaSiyasət

ER Parlamentinin deputatı əsirlərlə görüş təşkil etmək tələbi ilə Azərbaycana müraciət etmək niyyətindədir

Ermənistan Respublikasının Parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan əsirlərləgörüş təşkil etmək tələbi ilə Azərbaycana müraciət etmək niyyətindədir. Bu barədə Hayk Mamicanyan öz “Facebook” səhifəsində yazıb.

“Sabah Azərbaycan Milli Məclisinin sədrinə rəsmi məktubla müraciət edərək Azərbaycanda həbsdə olan soydaşlarımızı görmək, onların sağlamlıq vəziyyəti və saxlanma şəraiti ilə tanış olmaq üçün səfər təşkil etmək tələbi ilə müraciət edəcəyəm.

Mən, həmçinin MDB, AŞ və Avronest parlament assambleyalarının prezidentlərini, Avropa Parlamentinin prezidentini, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini məlumat verəcəyəm”, – deyə deputat yazdı.

Daha çox göstər
Back to top button