
ER XİN rəhbəri Ararat Mirzoyan iyulun 19-da Polşaya rəsmi səfər edəcək.Bu haqda ER XİN-dən məlumatlandıırılıb.
Səfəri çərçivəsində nazir Mirzoyan Polşanın Xarici işlər naziri Zbiqnev Rau və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcək.
Ermənistan-Polşa münasibətləri, eləcə də regional sabitliklə bağlı məsələlər ikitərəfli və çoxtərəfli formatda müzakirə olunacaq.
Ararat Mirzoyan və Zbiqniev Rau görüşlərinin nəticələrinə əsasən mətbuata açıqlamalar veriləcəkdir.