BaşlıcaSiyasət

Analitik: “Məsələ ilə bağlı heç bir geosiyasi konsensus görünmür”

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması, həmçinin Paşinyanla Erdoğan arasında telefon danışığı ilə bağlı

“Radar Armenia”  beynəlxalq alim, analitik, Beyrutun ermənidilli “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyanla söhbət  edib.

Qantaharyan qeyd edib ki, Ermənistan və Türkiyə liderlərinin bir-birini təbrik etməsi ilk dəfə deyil. Bundan əvvəl Ermənistan Prezidenti və türkiyəli həmkarı milli bayramlar münasibətilə bir-birlərini təbrik ediblər. İndi erməni tərəfi fürsətdən istifadə edərək müsbət mesaj göndərib..

 “Hesab edirəm ki, zamanlama siyasi baxımdan çox vacibdir. Haçan  Ankara dialoqu Yerevanla və Ermənistan-Azərbaycan danışıqlarını bitmədən bağlayanda,  haçan  Ankara liderləri durmadan “Zəngəzuri dəhlizindən” danışanda, haçan ki,  Türkiyənin müvafiq qurumları hava məkanını erməni uçuşları üçün bağlayanda, məncə, “bayramı” təbrik etmək siyasi baxımdan yersizdir.

Unutmayaq ki, Türkiyənin birbaşa tşəbbüssü olmasaydı, Bakı 44 günlük müharibənin təşəbbüskarı olmazdı” –  deyərək Qantaharyan bildirib.

O, Ermənistan-Türkiyə münasibətlərinin qurulması istiqamətində irəliləyişlərə toxunaraq qeyd edib ki, Azərbaycanla hər şey razılaşdırıldıqda, bu, Türkiyə və Azərbaycanın tələblərinin və təzyiqlərinin birtərəfli qaydada təmin edilməsini nəzərdə tutur.

Birgə tələb isə, ilk növbədə, onların tərtib etdiyi “Zəngəzur dəhlizi”, biz deyən kommunikasiya yoludur. Lakin mahiyyət etibarı ilə bu, Turan körpüsüdür.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş Spyurkun(diasporun)  reaksiyasına  gəlincə, Şahan Qantaharyan bildirib ki, ER-Türkiyə münasibətləri ümumerməni gündəminin bir hissəsidir.

Milli konsepsiyanın inkişafı Spyurkun nümayəndələrinin cəlb olunmasını nəzərdə tutur, təəssüf ki,  istisna olunur.

Onun sözlərinə görə, ikitərəfli şəkildə dialoqun ilkin şərtsiz davam etdiyi bildirilir, eyni zamanda, Ankara Qars-2-yə bərabər olan ER-Türkiyə sərhədinin müəyyənləşdirilməsini tələb edir.

İki ölkə arasında münasibətlərin nizamlanması üçün hansı perspektivin göründüyünə gəlincə, Qantaharyan qeyd edib ki, proses indiyə kimi davam edəcək, lakin heç bir nizamlanma olmayacaq, çünki bu, görünməyən Artsax münaqişəsinin həlli ilə bağlıdır. ,

 Çünki indiyə qədər problem haqqında  heç bir geosiyasi konsensus yoxdur.

Daha çox göstər
Back to top button