Başlıcaİctimaiyyət

Bakıda quru sərhədlərinin açılması tələbi ilə keçirilən aksiya polis tərəfindən dağıdılıb

Iyulun 20-də polis Bakıda Nazirlər Kabinetinin binası qarşısında ölkənin quru sərhədlərinin açılması tələbi ilə keçirilən etiraz aksiyasını dağıdıb, “Turan” agentliyi məlumat yayır.

Aksiya saat 12:00-a təyin edilmişdi, amma saat 11:30-dan etibarən binaya gedən yol gücləndirilmiş polis dəstələri tərəfindən bağlanıb. Bu zaman polis bu yola birləşən küçələrdən aksiyaya gələnləri uzaqlaşdırmağa başlayıb.

Qəzəblənən iştirakçılar jurnalistlərə müsahibələrində öz narazılıqlarını bildiriblər. Polis əməkdaşları dərhal onları saxlayaraq, gətirilən avtobuslara mindirib. Saxlanılanlar arasında qadınlar, yaşlılar və müharibə veteranları da var idi.

Nazirlər Kabinetinin binasından uzaqlaşdırılan 40-50 nəfər aksiyanı davam etdirib, şüarlar və sərhədin açılması haqqında çağırışlar səsləndirib. Eyni zamanda onlar “İstefa!” şüarı səsləndiriblər.

Polis iştirakçıların əksəriyyətini saxlayıb. İlkin qiymətləndirmələrə görə, saxlanılanların sayı 25 nəfərə yaxındır.

Xatırladaq ki, bu il iyulun 1-dən ölkə hakimiyyəti Türkiyə və İranla quru sərhədlərini bağlayıb. Buna qədər (2020-ci ilin martından) Rusiya və Gürcüstanla quru sərhədləri bağlı idi.

Daha çox göstər
Back to top button