Başlıcaİctimaiyyət

Dövlət Departamentinin insan alveri haqqında hesabatı: Azərbaycan hələ də standartlara uyğun deyil

Azərbaycan ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı məruzəsinin “nəzarət siyahısı” ndan (tıp) 2-ci dərəcəli reytinqə köçürülüb ki, bu da onun hökumətinin “insan alverinin aradan qaldırılması üzrə minimum standartlara tam uyğun gəlmədiyini, lakin müəlliflərin fikrincə, bunun üçün ciddi səylər göstərdiyini” bildirir. Bu barədə Turan məlumat verib.

Azərbaycan hökuməti əvvəlki hesabat ili ilə müqayisədə “səylərin artırıldığını nümayiş etdirib”, buna görə 2-ci səviyyəyə yüksəldilib, deyə Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə görə cavabdeh olan məmuru Kari Conston bildirib.

Azərbaycan hökumətinin insan alveri probleminin həlli üzrə səylərinə gəlincə, bu, bu cür cinayətlərə görə çox sayda insanın mühakimə olunmasında və əvvəlki illərə nisbətən daha sərt hökmlər çıxarılmasında özünü göstərib, deyə hesabatda bildirilir.

Bununla belə, hökumət bir neçə mühüm sahədə minimum standartları yerinə yetirməyib. Belə ki, hökumət daxili insan alveri qurbanlarının və məcburi əmək qurbanlarının müəyyən edilməsi üzrə fəal səy göstərməyib. DİN sığınacağın təmirini və yeni sığınacaq üçün torpaq sahəsi alınmasını maliyyələşdirsə də, hökumət trafikinq qurbanları ilə məşğul olan QHT-lərə daha az resurs ayırıb, deyə hesabatda bildirilir.

Hesabatda hökumətə trafikinq və insan alveri qurbanlarının üzə çıxarılması üzrə tədbirləri artırmaq; QHT-lər tərəfindən idarə olunan sığınacaqlara ayrılan maliyyələ vəsaitini artırmaq; müstəntiqlərə, prokurorlara və hakimlərə insan alveri haqqında işlərə yanaşma təlimi vermək; habelə trafikinq haqqında işləri daha dərindən araşdırmaq tövsiyə olunur.

Daha çox göstər
Back to top button