BaşlıcaSiyasət

Putin Erdoğanla görüşdə Dağlıq Qarabağ probleminin həllinə də toxunub

Tehranda Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanla görüşdə Rusiya Prezidenti Vladimir Putin digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ probleminin həllindən də danışıb. Bu haqda Kremlin rəsmi saytı məlumatlandırıb.

“Əlbəttə, bizim də diqqətimizdə olan başqa bir mühüm məsələ var: Qarabağ probleminin həlli.

Bu yaxınlarda mən Xəzər Forumu çərçivəsində Azərbaycan prezidenti ilə görüşdüm” – deyərək Putin bildirib.

Tərəflər həmçinin Suriya problemini, eləcə də ikitərəfli nəhəng layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Daha çox göstər
Back to top button