BaşlıcaSiyasət

Putinlə Xamenei arasında olan görüşün incə bir epizoduna heç kim diqqət yetirmədi

Artsax Parlamentinin keçmiş deputatı, Parlamentin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Vahram Atanesyan öz “Facebook” səhifəsində yazıb.

“Görünür, heç kim Putinlə Xamenei arasında olan görüşün incə epizoduna diqqət yetirmədi. Rusiya prezidenti İran liderindən Rəşt-Astara dəmir yolunun istismarını sürətləndirməyi xahiş edib. Bu, İranın on ilə yaxındır istifadəyə vermədiyi Azərbaycan ərazisindən Fars körfəzinə gedən dəmir yolu əlaqəsinin sonuncu hissəsidir. Liderin cavabı diplomatik baxımdan çox nəzakətli olsa da, əslində mənfi idi. Bu arada, iki gün əvvəl Rusiya qatarı Qazaxıstan-Türkmənistan marşrutu ilə İran sərhədini keçərək Bəndər-Abbaya çatıb. Son göndərmə ünvanı Hindistanın Mumbay şəhəridir”.

Daha çox göstər
Back to top button