
İyulun 15-də BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsinə Azərbaycanın ermənilərə qarşı nifrət və düşmənçilik siyasəti ilə bağlı alternativ hesabat göndərdim. Konkret məsələlər üzrə araşdırma aparılması da daxil olmaqla, təkliflər verdim. Bunu keçmiş Ombudsman Arman Tatoyan “facebook” sahifəsində yazdı.
O qeyd etdi ki, BMT-nin komitəsinə təqdim edilən hesabat sübut edir ki, əslində, illərdir etnik və dini əsaslarla ermənilərə qarşı nifrət və düşmənçilik siyasəti aparılıb.
“Azərbaycan hakimiyyəti öz rəsmi çıxışları ilə bütün erməni xalqına, Ermənistan və Artsax əhalisinə qarşı nifrət yaratmaqda davam edir, təhdidlər, təhqir və düşmənçilik ifadələri səsləndirir.
Onların erməni uşaq və qadınlarınl hədəfə alan sözləri Azərbaycanın müxtəlif rəsmiləri və ictimai xadimləri tərəfindən geniş şəkildə işlədilir və ictimai alqışlarla qarşılanır.
Bu siyasət Azərbaycan silahlı qüvvələrinin Ermənistan və Artsaxın mülki əhalisinə qarşı vəhşiliklərini və işgəncələrini, 2020-ci ildə 44 günlük müharibə zamanı Artsaxın mülki əhalisinə qarşı etnik təmizləməni, 2016-cı ildə Aprel müharibəsi zamanı, o müharibədən əvvəl və sonra müxtəlif silahlı hücumlar və cinayət əməlləri qidalandıran və təşviq edən mənbədir.
Hesabatda 44 günlük müharibədən sonra bu siyasətin yeni təzahürləri də yer alır, nümunələr verilir”,- Arman Tatoyan yazdı.
Keçmiş Ombudsman qeyd etdi ki, Azərbaycanda hətta təhsil sistemi də ermənilərə qarşl nifrət və düşmənçilik siyasəti əsasında qurulub.
Arman Tatoyan hesabatda Azərbaycan hakimiyyətinin, yüksək vəzifəli şəxslərin, mədəniyyət və digər ictimai xadimlərin ermənilərə qarşı yaydığı irqi nifrət və düşmənçiliyi araşdırıb üzə çıxarmayı, günahkarları məsuliyyətə cəlb etməyi təklif etdi.
2020-ci ilin sentyabr-noyabr aylarında, eləcə də 2016-cı ilin Aprel müharibəsi zamanı Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən törədilmiş cinayətlərinin araşdırılması da təklif olunub.
Ombudsman, Azərbaycanda ermənilərə qarşı nifrət və irqi ayrı-seçkiliyin pislənməsi və bu halların qarşısı alınması, o cümlədən Azərbaycanda qanunsuz saxlanılan bütün erməni əsirlərin geri qaytarılması üçün tədbirlər götməyə çağırıb.