BaşlıcaSiyasət

Yerasx-Horadiz dəmir yolu ilə bağlı Azərbaycanla konsensus var, lakin avtomobil yolları məsələsində razılıq əldə olunmayıb: Mher Qriqroyanın ofisi

Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan regionda yollarının açılmasına toxunub. 

“Hazırda yalnız Yerasx-Horadiz dəmir yolu ilə bağlı konsensusdan danışmaq olar. Bu yol, keçmiş sovet dövrünün dəmir yolunun marşrutu ilə keçəcək. Avtomobil yolları məsələsində isə yekun razılıq hələ əldə olunmayıb”, – deyə Mher Qriqoryan qeyd etdi. 

Ermənistan ərazisindən keçən nəqliyyat vasitələri və dəmir yolları Ermənistan tərəfindən yoxlanılması ilə bağlı suala cavab olaraq ER baş nazirinin müavininin sədri Edgar Mkrtçyan qeyd etdi ki, gömrük, sərhəd və digər nəzarət funksiyaları ER qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 3-də Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası keçirilib.

Mher Qriqoryan həmçinin Ermənistan və Azərbaycanın dövlət sərhədlərinin müəyyən edilməsi üçün yaradılmış sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan tərəfinin işçi qrupuna rəhbərlik edir.

Mher Qriqoryanın ofisindən bildirlib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komitələrin Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komitələrin ikinci iclası planlaşdırılır. Görüş avqust ayında Moskvada keçiriləcək.

Daha çox göstər
Back to top button