
Araqatsotn Meriyası mətbuatda yayılan xəbəri təkzib edir.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, Araqatsotn rayonunun Araqatsavan kəndində guya gərgin vəziyyət yarandı, çünki türklər sərhədi keçən çobanları əsir götürüb, sonra geri qaytarıblar, kənddə silahlı türklər var.
Araqatsotn Meriyasından bildirilib ki, 168.am saytında yayılan “Araqatsotnda nə baş verir”” başlıqlı məqalə həqiqətə uyğun deyil: “Araqatsavana heç bir türk girməyib, heç bir çoban əsir düşməyib. İstisna etmirik ki, saxta həyəcan siqnalı kiminsə və ya bir qrup şəxsin məkrli və əsassız hərəkəti ola bilər”.
Məlumatı Sputnik Armeniaya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi və Ermənistan Milli Təhlükəsizlik Xidməti də təkzib edib. Qeyd olunur ki, Ermənistan-Türkiyə dövlət sərhədinin mühafizə xidməti gündəlik həyata keçirilir.