ArtsaxBaşlıca

Artak Beqlaryan: “Müharibədən sonra mədəni həyatda dirçəliş olmalıdır”

Artsax Respublikasının dövlət naziri Artak Beqlaryan iyulun 21-də mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların rəhbər heyəti ilə görüşüb, bu sahədə mövcud problemləri və onların birgə həlli imkanlarını müzakirə edib.

Dövlət naziri mədəniyyət xadimlərinə uzunmüddətli xidmətlərinə görə təşəkkür edib və hökumətin mədəniyyət sektorunun tənzimlənməsi və strateji inkişafı ilə bağlı baxışlarını təqdim edib.

“Mədəniyyət sahəsində sistemli islahatlar aparmaq üçün problemlərin həlli ilə bağlı təkliflərinizi dinləmək çox vacibdir. Biz Artsaxın mövcud vəziyyətinə mədəniyyət vasitəsilə cavab verə bilməliyik, çünki siz xalqın ideoloji və dəyərli hərəkətverici qüvvəsisiniz.

Müharibədən sonra bizdə mədəni həyatın dirçəlişi olmalıdır ki, onun vasitəsilə biz milli oyanışı yaşaya bilərik” – deyə A.Beqlaryan bildirib.

Dövlət naziri bu cür müzakirələri zəruri hesab edərək, qərarların qəbulunun əhatəli və səmərəli olması üçün belə görüşləri mütəmadi olaraq keçirməyə hazır olduğunu qeyd edib.

Görüşdə mədəniyyət sahəsində müxtəlif məsələlər ətrafında maraqlı müzakirələr aparılıb, dövlət naziri qaldırılan məsələlərin bir qisminin həlli ilə bağlı tapşırıqlar verib.

Daha çox göstər
Back to top button