İctimaiyyət
Epidemiya vəziyyəti yenidən pisləşərsə, məhdudiyyətlər olacaq, amma indi belə vəziyyət yoxudur: Nazir

Son bir ay ərzində Ermənistanda koronavirusa yoluxma hallarının sayında artım qeydə alınıb. Bu əsasən Avropa ölkələrinə səfərlər nəticəsində baş verib. Bunu Ermənistan Respublikasının səhiyyə naziri Anahit Avanesyan bildirdi.
Səhiyyə Nazirliyi epidemik vəziyyətin monitorinqi və xəstəxanaya yerləşdirilmə nisbətlərinin izlənilməsi üçün bütün tədbirlərdən istifadə edir. Son bir ayda biz koronavirusa yoluxma hallarının sayında artım müşahidə etdik, bu da əsasən Avropa ölkələrinə səfərlərlə bağlıdır.
Bütün məhdudiyyətlər epidemik vəziyyətlə bağlıdır, epidemik vəziyyət yenidən pisləşərsə, məhdudiyyətlər olacaq, amma indi vəziyyət belə deyil”,- nazir vurguladı.
Anahit Avanesyan qeyd etdi ki, ölkədə böyüklərin 45%-i tam peyvənd olunub.