BaşlıcaSiyasət

Avropa Parlamenti erməni hərbi əsirlərin geri qayıtmasının təmin edilməsinə önəm verir və bu istiqamətdə səylərini davam etdirəcək

Baş nazir Nikol Paşinyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədri Devid Makallisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Baş nazir Avropa Parlamenti ilə sıx əməkdaşlığı vurğuladı və qeyd etdi ki, Avropa Birliyi Ermənistanın demokratik gündəliyinin səmərəli həyata keçirilməsi üçün ən mühüm tərəfdaşlardan biridir.

Hökumət başçısı “Şərq Tərəfdaşlığ”  çərçivəsində əməkdaşlığı xüsusi vurğulayıb və ölkəmizin korrupsiyaya qarşı mübarizə, söz azadlığı, seçki islahatları və digər istiqamətlərdə Şərq tərəfdaşlığı çərçivəsində lider mövqe tutduğunu qeyd edib.

Devid MakAllister səmimi qəbula görə təşəkkür edib və erməni parlamentarilərlə səmərəli və sıx əməkdaşlıq faktını qeyd edib.

Avropa Parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Ermənistanda müxtəlif sahələrdə həyata keçirilən demokratik islahatları alqışlayıb və əlavə edib ki, Avropa Birliyi bu istiqamətdə ER hökumətinə dəstəyini davam etdirəcəkdir.

Həmsöhbətlər Cənubi Qafqaz regionunda baş verən proseslərə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, regional infrastrukturların blokadadan çıxarılması imkanlarına, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsinə toxunublar.

 Baş nazir Paşinyan Ermənistan tərəfinin yuxarıda qeyd olunan istiqamətdə mövqelərini ətraflı təqdim edib və AŞ nümayəndə heyətinin suallarını cavablandırıb.

Avropa Parlamenti erməni hərbi əsirlərin geri qayıtmasının təmin edilməsinə önəm verir və bu istiqamətdə səylərini davam etdirəcək

Həmsöhbətlər regional sülhün və sabitliyin təmin edilməsinin, bu istiqamətdə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nikol Paşinyan hələ də Azərbaycanda saxlanılan erməni hərbi əsirlərlə bağlı məsələyə toxunub, bununla bağlı Devid Makallister qeyd edib ki, Avropa Parlamenti də onların Azərbaycan tərəfindən qaytarılmasına önəm verir və bu istiqamətdə səylərini davam etdirəcək.

Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni mədəni irsinin qorunması ilə bağlı məsələlər də müzakirə olunub. Nikol Paşinyan və Devid Makallister UNESCO missiyasının Dağlıq Qarabağ münaqişə zonasına çıxışının təmin edilməsinin və bu məqsədlə ardıcıl işlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button