Başlıcaİctimaiyyət

Azərbaycanda bir neçə icra hakimiyyətinin başçısı korrupsiyaya görə işdən çıxarılıb

Azərbaycan prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətinin başçılarını vəzifələrindən azad edib.

“Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər”, – dövlət başçısı deyib.

Əliyev qeyd edib ki, bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Daha çox göstər
Back to top button