BaşlıcaSiyasət

Türk terrorçular Suriyadakı xristian kilsəsini açılış zamanı partadıblar- VİDEO

Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini Yevgeni Gerasimov bildirib ki, Suriyanın Həma əyalətində yerli pravoslav kilsəsinin açılış mərasimi zamanı Türkiyənin himayə etdiyi silahlılar terror aktı törədiblər.

“İyulun 24-də Həma vilayətinin Skalbiya şəhərində Müqəddəs Sofiya katedralının açılış mərasimi zamanı qanunsuz silahlı birləşmələrin yaraqlıları əldəqayırma pilotsuz uçan aparatdan istifadə etməklə terror aktı törədiblər”, – məlumatda deyilir.

Gerasimov partlayış nəticəsində iki mülki şəxsin həlak olduğunu, 13 nəfərin yaralandığını bildirib. O, əlavə edib ki, Rusiya hərbçiləri xəsarət almayıb.

Daha çox göstər
Back to top button