BaşlıcaSiyasət

ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək etməyə hazırdır

ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı barədə tvitter hesabında yazıb.

Blinken öz yazısında xüsusilə qeyd edib:

“Mən Ermənistanın baş naziri Paşinyanla Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanları barədə yaxşı müzakirə apardım. Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı müsbət addımlarını alqışlayıram. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”, – deyə ABŞ dövlət katibi yazıb.

Daha çox göstər
Back to top button