
İyulun 26-da ER Xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın paytaxtı Praqada işgüzar səfərdə olacaq.
Ermənistanın Xarici işlər naziri Çexiyanın Xarici işlər naziri Yan Lipavski və Senatın sədri Miloş Vistçil ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində Ermənistan-Çexiya əlaqələrinin genişləndirilməsi, demokratiya sahəsində əməkdaşlığın gücləndirilməsi, Ermənistan-AB münasibətləri, həmçinin regional təhlükəsizlik və sabitlik ilə bağlı məsələlər müzakirə olunacaq.
Ararat Mirzoyan və Yan Lipavskinin görüşündən sonra Xarici işlər nazirlərinin mətbuat konfransı keçiriləcəkdir.