
ER Baş naziri aparatının rəhbəri Arayik Harutyunyan öz Facebook səhifəsində sentyabrda paytaxtda keçiriləcək “Starmus” festivalı ilə bağlı bəzi yeni detalları açıqlayıb. O,xüsusilə yazıb:
“Ay üzərində gəzən adam Yerevanda olacaq.
Bəşəriyyətin əksəriyyəti kainat haqqında mühakimə yürütdüyü və hisslərini Yer planetindən ifadə etdiyi halda, astronavtların kosmos yüksəkliyindən planetimiz haqqında danışmaq üçün unikal imkanları var.
Onların nə deyə biləcəyini isə bu ilin 5-10 sentyabr tarixlərində “Starmus VI” festivalında iştirak etməklə biləcəksiniz”.