BaşlıcaSiyasət

Paşinyan Blinkenlə telefon danışığında Ermənistan-Türkiyə münasibətlərində baş verən prosesləri müzakirə edib

Baş nazir Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb

Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli gündəliyi, eləcə də regionun təhlükəsizliyi və sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Xüsusilə Ermənistan-Azərbaycan sülh danışıqları, Dağlıq Qarabağ probleminin həlli, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.

Dövlət katibi Blinken ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın qeyd olunan bütün məsələlərin həllinə dəstək verməyə hazır olduğunu bildirib.

Baş nazir Paşinyan sülh gündəminə sadiqliyini bir daha təsdiqləyib və Ermənistan ictimaiyyətinin bu kursu dəstəklədiyini vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərində baş verən prosesləri də müzakirə ediblər. Dövlət katibi iyulun 11-də Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığını alqışlayıb və ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib.

ER Baş naziri və ABŞ dövlət katibi Ermənistan və ABŞ arasında yüksək səviyyəli təmaslardan məmnun olduqlarını bildiriblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button