
ABŞ Dövlər katibi, eləcə də digər amerikalı yüksək vəzifəli şəxslər bütün formatlarda Ermənistan və Azərbaycanla işləyir. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə deyib.
“Biz müəyyən irəliləyişə nail ola bildik və hesab edirəm ki, erməni və azərbaycanlı tərəfdaşlarımızla davamlı təmaslar və diplomatik yollarla bu prosesi dava etdirə biləcəyik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə çoxlu telefon danışıqları keçirib, lakin bu müxtəlif səviyyələrdə həmkarları ilə təmasda olan çoxlu sayda insan, yüksək vəzifəli məmurlar var və bizim yardım təklifimizi bir daha təsdiqləyirlər, çünki biz uzunmüddətli, hərtərəfli sülh istıyirik”,- ABŞ Dövlət Departamentinin mətbuat katibi qeyd etdi.
Azərbaycan prezidentinin ATƏT-in Minsk qrupu ilə bağlı tənqidlərinə toxunan Prays qeyd etdi ki, ABŞ bəyanatlarında aydın şəkildə qeyd etdi ki, Birləşmiş Ştatlar hər iki ölkəni və həmfikir tərəfdaşlarını effektiv olacaq istənilən formada dəstəkləməyə hazırdır.