BaşlıcaEkonomika

Aİ Ermənistanla tərəfdaşlıq sazişinin həyata keçirilməsi üçün 7,7 milyon avro ayıracaq

Avropa Komissiyası Ermənistanla Aİ-nin Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası və monitorinqi layihəsini maliyyələşdirmək niyyətindədir. Xüsusən də islahatlar prosesində Yerevana yardımın göstərilməsi planlaşdırılır. Bu barədə RT yazır.

“Proqram Ermənistan hökumətinə islahatlar prosesində, Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin həyata keçirilməsində və strateji kommunikasiyada kömək edəcək”, – sənəddə deyilir.

Eyni zamanda, Ermənistan hökumətinin departamentlərinə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin monitorinqi məsələsində əlavə dəstək veriləcək.

Proqram dörd il üçün nəzərdə tutulub. Maliyyələşdirmənin məbləği 7,7 milyon avro təşkil edəcək.

Daha çox göstər
Back to top button