BaşlıcaEkonomikaİctimaiyyət

Xaricdən Ermənistana göndərilən pulların həcmi artıb

Bu ildə xaricdən Ermənistana gələn pullar 2.3 faiz artıb. Bu ilin may ayında xaricdən ER fiziki şəxslərə 412 milyon ABŞ dolları köçürülüb, bu göstərici keçən ildə 174.8 milyon dollar idi. Bu ER tarixində rekord göstəricidir. Pulların böyük əksəriyyəti Rusiyadan göndərilib. Rusiyadan Ermənistana 266 milyon dollar göndərilib, bu göstərici keçən ildə 72 milyon dollar idi.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər martdan bəri Ermənistana təxminən 60-80 min Rusiya vətəndaşı gəlib.

ABŞ-dan Ermənistana göndərilən pulların həcmi də artıb. Bu ildə ötən ilin eyni ayında ABŞ-dan Ermənistana 46 milyon dollar əvəzinə bu il 57,5 ​​milyon dollar köçürülüb.

Daha çox göstər
Back to top button