BaşlıcaSiyasət

Yüksək rütbəli azərbaycanlı zabitlər Karvaçarda minaya düşüblər

Azərbaycanın Telegram kanalları Karvaçar ərazisində yüksək rütbəli azərbaycanlı zabitlərin, o cümlədən general Ənvər Əfəndiyev və briqada komandiri Vüqar İsbəndiyarovun minaya düşdüyü barədə məlumat yayıblar, lakin Azərbaycan Müdafiə nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat verməyib.

Bu barədə “Armenpress” məlumatlandırıb.

“Hadisə nəticəsində Quru qoşunlarının generalı Ənvər Əfəndiyev yüngül fiziki xəsarətlər alıb. Adı açıqlanmayan rütbəli zabit çiynindən yaralanıb.

Üçüncü yaralının vəziyyəti ağırdır. İlkin məlumata görə o, N briqadasının komandiri Vüqar İsbəndiyarovdur.

Azərbaycan Müdafiə nazirliyindən rəsmi açıqlamalar gözləyirik” – deyərək Azərbaycan kanallarından biri yazır.

ƏLAVƏ: Azərbaycan Müdafiə nazirliyi Azərbaycan hərbçilərinin Karvaçar yaxınlığında minaya düşməsi ilə bağlı məlumatı təsdiqləyib. Verilən məlumata görə, bu haqda Azərbaycanın “APA” agentliyinə Azərbaycan Müdafiə nazirliyindən bildirilib ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Vüqar Tofiqoğlu İsbəndiyarov mina partlaması nəticəsində yaralanıb.

Belə ki, Azərbaycan Müdafiə nazirliyi azərbaycanlı zabitlərdən yalnız birinin yaralanması faktını təsdiqləyib. Bundan əvvəl Azərbaycanın Teleqram kanalları Karvaçarda minanın partlaması nəticəsində üç hərbçinin yaralandığı barədə məlumat yayıblar: general Ənvər Əfəndiyev, N briqada komandiri Vüqar İsbəndiyarov və adı açıqlanmayan böyük zabit.

Daha çox göstər
Back to top button