Başlıcaİctimaiyyət

Rusiya Ermənistana “meymun çiçəyi” testləri göndərib

Rusiya Ermənistan, Qazaxıstan, Özbəkistan və Türkmənistana meymun xəstəliyinin aşkarlanması üçün test sistemlərini təhvil verib. Bu barədə Ria Novosti Rospotrebnadzorun mətbuat xidmətinə istinadən yazır.

Daha əvvəl bildirilmişdi ki, “Vektor” Mərkəzi xəstəliyə yoluxma hallarını aşkar etmək üçün operativ şəkildə test sistemləri istehsal etdi.

“Rusiya test sistemləri Rospotrebnadzor tərəfindən Ermənistan, Qazaxıstan, Özbəkistan və Türkmənistana göndərilib. Bundan əlavə, Rospotrebnadzor mütəxəssisləri tərəfdaş ölkələrdən olan həmkarları üçün meymun xəstəliyinin laboratoriya diaqnostikasına dair xüsusi seminarlar təşkil edirlər”,-məlumatda deyilir.

Daha çox göstər
Back to top button