
Ermənistan Hindistandan PUA ala bilər. Bu məqsədlə Ermənistan Respublikasının Müdafiə Nazirliyini təmsil edən nümayəndə heyəti iyun ayında Dehlidə hindistanlı tərəfdaşlarla danışıqlara başlayıb. Bu məlumatı Hindistan “DNA India” mediası anonim mənbələrə istinadən yayıb.
Hindistan mətbuatı qeyd etdir ki, Ermənistan nümayəndə heyəti Hindistana silah alış siyahısı ilə gedib və bu siyahıda Hindistan pilotsuz uçuş aparatları xüsusi yer tutur. Rəsmi Yerevan bu məlumatı təkzib etmir, lakin Müdafiə Nazirliyinin mətbuat katibi Faktor TV-yə bildirib ki, mövzu ilə bağlı suallara yalnız yazılı cavab veriləcək.
Yerevandakı ekspert dairələri Ermənistan-Hindistan mümkün hərbi əməkdaşlığını müsbət qiymətləndirirlər.
Rəsmi Yerevan nəinki nümayəndə heyətinin səfərləri ilə bağlı, hətta Ermənistan-Hindistan mümkün hərbi-texniki əməkdaşlığı ilə bağlı aparılan danışıqlar barədə də heç bir bəyanat verməyib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında Hindistana səfərlə bağlı məlumat yoxdur.
ER Parlamentinin deputatı Tiqran Abramyan hazırkı mərhələdə Müdafiə Nazirliyinin susmasını məqsədəuyğun hesab edir. Bununla belə, parlamentin müdafiə komitəsinin üzvü qeyd etdi ki, silah almaqdan əvvəl ehtiyacların dəqiq qiymətləndirilməsi çox vacibdir.
Bu proses üzrə danışıqların hansı mərhələdə olduğu hələlik məlum deyil. Lakin aydındır ki, 44 günlük müharibədən sonra Ermənistan-Hindistan diplomatik münasibətləri aktivləşib. Bir il ərzində Ermənistan və Hindistan xarici işlər nazirlərinin üç görüşü olub, onlardan biri Yerevanda olub.