BaşlıcaSiyasət

ABŞ Ermənistan və Azərbaycanla regionun blokadadan çıxarılması məsələsində texniki dəstəyin imkanlarını müzakirə edir

ABŞ Ermənistan və Azərbaycanla regionun blokadadan çıxarlması məsələsində texniki dəstəyin göstərilməsi imkanlarını müzakirə edir. Bunu “Azatutyun” radiosuna müsahibəsində Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Lin Treysi qeyd etdi. 

“Biz buna diqqət yetirməyə hazırıq. Yalnız ABŞ-dan deyil, Avropa İttifaqındakı tərəfdaşlarımız, digərləri  da bunda iştirak edir. Mən hesab edirəm ki, bu, bu sürəti saxlamaqda və bunların mürəkkəb məsələlər olduğunu və həll yollarının asan olmayacağını başa düşməkdə çox faydalıdır”,- deyə səfir vurğuladı.

Səfir bildirdi ki, Ermənistan və Azərbaycan hökumətləri ilə müzakirə etdikləri bəzi texniki dəstək, bəzi texniki qiymətləndirmələrdir ki, bu da regionda nəqliyyat əlaqələrinin açılmasına kömək edəcək.

Səfir ABŞ-in dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə telefon danışıqlarına da toxunub. Linn Treysi qeyd edib ki, dövlət Katibi öz qavrayışını vurğuladı və bu, həmçnini Birləşmiş Ştatların qavrayışıdır. Regionda çox uzun sürən münaqişənin davamlı və hərtərəfli sülh yolu ilə həllinə doğru irəliləyiş əldə etmək üçün tarixi fürsət var.

Daha çox göstər
Back to top button