BaşlıcaSiyasət

ABŞ Ermənistana demokratiyanın gücləndirilməsi məqsədilə 120 milyon dollar qrant ayıracaq

İyulun 28-də hökumət “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında İnkişaf Əməkdaşlığı Qrantı Sazişinin təsdiq edilməsi haqqında” ER Prezidentinin Fərmanının layihəsini təsdiqləyib.

Qərarın əsaslandırmasında deyilir: Ermənistan hökuməti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi arasında 2022-ci il iyunun 29-da Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığına dair qrant sazişi imzalanıb.

İnkişaf üzrə əməkdaşlıq qrant sazişinin məqsədi Ermənistana demokratiyanın və iqtisadi sabitliyin möhkəmləndirilməsinə yönəlmiş islahatlar prosesində dəstək olmaqdır.

USAİD-in məqsədlərə nail olmaq üçün planlaşdırılan ümumi sərmayəsi 120.000.000 ABŞ dollarıdır və bu, hissə-hissə ayırılacaq. USAID öz ümumi sərmayəsini məqsədlər arasında aşağıdakı kimi bölüşdürməyi planlaşdırır:

Demokratiyanın təşviqi üçün 68,565,000 dollar,

İqtisadi təhlükəsizliyin təkmilləşdirilməsi üçün 51,435,000 dollar.

Amerika Birləşmiş Ştatları effektiv və hesabatlı idarəetmənin qurulmasında, demokratik nailiyyətlərin qorunmasında və iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə Ermənistan Respublikasına dəstək verməyə sadiqdir.

Daha çox göstər
Back to top button