Başlıcaİctimaiyyət
Ermənistanda “meymun çiçəyi” faktı qeydə alınmayıb: Səhiyyə Nazirliyi

Ermənistanda “meymun çiçəyi” faktı qeydə alınmayıb. Bunu ER səhiyyə naziri Anahit Avanesyan bildirib.
“Ermənistanda meymun çiçəyi şübhəsi olan istənilən halda testlər aparılır, indiyədək bütün analizlərin nəticələri mənfi olub”, – nazir bildirib.
O, Ermənistanın Rusiya Federasiyasından çiçək xəstəliyinə qarşı testlər aldığını bildirib.
Qeyd edək ki, bu həftənin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “meymun çiçəyi” ilə bağlı qlobal sağlamlıq üçün fövqəladə vəziyyət elan edildi.
Hazırda 75 ölkədə 16,000-dən çox hadisə qeydə alınıb.