
Siyasi şərhçi Hakob Badalyan Factor TV-yə müsahibəsində qeyd etdi ki, bu gün ABŞ həm Ermənistan-Azərbaycan, həm də Ermənistan-Türkiyə münasibətləri prosesində tənzimləyici rolu öz üzərinə götürməyə çalışır, bununla Avropa İttifaqının vasitəçilik səylərini dəstəkləyir, eləcə də qarşıdan gələn öz təşəbbüsləri ilə çıxış edir.
Badalyan buna sübut kimi ABŞ dövlət katibi Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlər telefon danışığında bloakdadan çıxarılmasına Amerikanın vurğulamasını qeyd edir.
“Regionumuzda hazırda Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı, Artsax məsələsinin perspektivləri ilə bağlı bir neçə diplomatik xətt açılır. Burada biz Rusiyanın üçtərəfli formatını, Brüssel təşəbbüsünü qeyd edə bilərik. Brüssel təşəbbüsü ilə bərabər ABŞ-ın fəallığını görürük. Dövlət Departamentinin son bəyanatında maraqlı bir qeyd var idi ki, ABŞ yolların blokadadan çıxarılması prosesində yardımçı olmağa hazırdır. Burada deyə bilərik ki, ABŞ-ın Brüssel prosesini təşviq etməklə yanaşı, tərəflərə təklifi də var”,- deyə o qeyd etdi.
Ekspertin sözlərinə görə, Ukraynada xüsusi əməliyatın davam etdiyi halda, Dağlıq Qarabağda münaqişənin həlli real deyil, çünki bu məsələdə əsas oyunçuların vahid mövqeyi yoxdur. Həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi bu gün danışıqlar prosesində öz təsirini və iştirakını qoruyub saxlayır. Tərəflərdən biri Ukrayna səhnəsində məğlub olana qədər Dağlıq Qarabağ münaqişə üstün mövqeyə malik olan tərəfinin iradəsi ilə həll olunmayacaq, çünki qalib tərəfi məlum deyildir.