Rusiyanın sosial media platformaları və müxtəlif ölkələrin mediası Azərbaycanın Rusiya-Ukrayna münaqişəsində üz-üzə neytral mövqe tutaraq Ukraynaya aviasiya bombaları göndərdiyi barədə məlumatlarla dolur.
Bu haqda Rusiyanın “Wings of war” (“Крыля войны”) Teleqram kanalı İraqın Sabereen News Telegram kanalının dərc etdiyi sənədlərə istinadən, Azərbaycan 2022-ci ilin aprelində Ukrayna ordusuna məxvi silah-sursat təchiz edib.
Həmin sənədlərə əsasən, Azərbaycan Respublikası Müdafiə nazirliyinin nəzdində fəaliyyət göstərən “CIHAZ” sənaye birliyi Ukraynanın “Ukrspeteksport” dövlət şirkətinə aviabombalar göndərib.
Yük daşımaları Sudanın Xartum şəhərindən Polşaya, oradan isə Ukraynaya “Meridian” aviaşirkəti tərəfindən həyata keçirilib.
“Beləliklə, Azərbaycan (və müəyyən qədər Türkiyə) Ukraynadakı silahlı münaqişəyə rəsmi neytrallıq göstərməsinə baxmayaraq, Ukrayna silahlı qüvvələrinin yüksək dəqiqlikli aviasiya bombaları ilə silahlanmasında birbaşa iştirak edib.
İki əsas sual qalır: nə qədər belə bomba istifadə edilib? Rusiya Federasiyasına və Luqansk və Donetsk Xalq Respublikalarına qarşı və Azərbaycana belə çirkli tarix nəyə lazımdır?Şübhəli faydalar üçünmü?- deyərək Rusiyanın Teleqram kanalı yekunlaşdırır.
Ukraynada hərbi əməliyyat ərəfəsində, 2022-ci il fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya və Azərbaycan arasında “müttəfiqlik əməkdaşlığı” haqda bəyannamə imzalayıblar.