
Qarabağ məsələsi Ermənistan üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün əsasdır. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistə müsahibəsində bildirib.
Qriqoryan xatırladıb ki, ER Baş naziri Paşinyan parlamentdəki çıxışlarının birində Dağlıq Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyasının olduğunu bildirib.
Onun sözlərinə görə, indi həmin variantı aktiv şəkildə müzakirə etmək və necə davam edəcəyinə qərar vermək lazımdır.
Məsələyə qayıdaraq, son vaxtlar geosiyasi mərkəzlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bununla da regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ciddi imkanların olduğuna dair qiymətlər verirlər.
Ermənistan hakimiyyəti belə bir fürsət görürmü? Armen Qriqoryan qeyd edib ki, Ermənistan hökumətinin sülh gündəmini dövlət strategiyası və siyasəti elan etməsi belə bir fürsəti gördüyümüzə birbaşa sübutdur.
“Bu ehtimal daha da aktuallaşır ki, Ermənistan hökuməti, siyasi çoxluq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərinə götürür və bunun asan yol olmadığını başa düşür.
Məncə, ER hökumətinin və siyasi qüvvələrin öhdəliyi daha da aktuallaşır. Sülh gündəminə səs çoxluğu müxtəlif beynəlxalq platformalardan gələn qiymətləndirmələr üçün mühüm amildir” – deyə ER MTŞ katibi yekunlaşdırıbdır.