Ermənistanın atom elektrik stansiyasının istismar müddətinin uzadılması çox ehtimal olunan ssenaridi: Ekspert

Ermənistan AES-in istismar müddətinin uzadılması çox ehtimal olunan ssenaridir. Bunu “Geonenergetika.info” jurnalının baş redaktoru Boris Martsinkyeviç bildirdi.
“Nüvə silahının yayılmaması müqaviləsinə qoşulma təsdiqi varmı və “fukusimadan sonrakı tələblərə” cavab verən texnologiyalar varmı? Təbii ki, Ermənistan AES-in ilkin olaraq yenidən işə salınması MAQATE-nin razılığı olmadan baş tutmazdı.
İstismar müddəti daha 10 il uzadılmasının təhlükəsizliyini sübut edən siyasətə ehtiyac yoxdur. Sadəcə olaraq, bütün beynəlxalq təşkilatlarla, hətta ola bilsin, Euroatomla da sıx işləməyi təmin etmək lazımdır. Bunun üçün vaxt var. Hər şey texniki əməkdaşlardan asılıdır”,- deyə ekspert vurğuladı.
Ermənistan AES-in işlərinin uzadılması ilə yanaşı, yeni stansiyanın tikintisi məsələsi də müzakirə olunur. Məsələ sadəcə reaktorun tutumunun seçimindədir. Yenii enerji bloku üçün 1000-1300 MVt gücü nəzərdə tutulur. Martsinkyeviçin sözlərinə görə,VVER-600 enerji bloku variantını da nəzərdən keçirmək olar.