Başlıcaİctimaiyyət
Kanadanın Xİ naziri Monrealdakı “Ararat” erməni yay düşərgəsində və “Armenia” şirniyyat mağazasında olub

Kanadanın xarici işlər naziri Melani Joli Monrealdakı “Ararat” erməni yay düşərgəsində olub və orada istirahət edən erməni gənclərlə görüşüb. Bu barədə Kanadanın xarici işlər naziri özünün “Twitter” səhifəsində yazıb və fotolar paylaşıb.
Melani Joli erməni gənclər üçün belə bir mühit yaratdığına görə Müqəddəs Hakob Erməni Məktəbinə təşəkkür edib.
Kanadanın xarici işlər naziri Monrealın Ahunstik-Kartiervil rayonundakı “Armenia” şirniyyat mağazasına də baş çəkib. Orada Kanada ermənilərinin 5-ci nəsli tərəfindən hazırlanmış əsl erməni yeməkləri təqdim olunur. Melani Joli qonaqpərvərliyə görə Mercanyan ailəsinə təşəkkür edib.

