
ABŞ-ın Yerevan və Bakıdakı səfirlikləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə söhbəti ilə bağlı mesajı təkrarlayıblar.
Mesajda deyilir: “ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışıqları keçirib.
Onlar Azərbaycanın və Ermənistanın regionda sülhə nail olması üçün tarixi imkan barədə müzakirələr aparıblar. Dövlət katibinin köməkçisi Birləşmiş Ştatların regional nəqliyyat və kommunikasiya bağlantılarının açılmasının təminatına dair yardım təklifini bir daha təkrarlayıb. O, tərəfləri sərhəddə gərginliyin azaldılması üçün səylər göstərməyə və sülhə dair dialoqu davam etdirməyə təşviq edib”.